"Bavariya" özünə məxsus qol rekordunu təkrarlayıb.
Newsport.az "Opta"ya istinadən xəbər verir ki, Münhen klubu buna Almaniya Bundesliqasının 8-ci turunda "Bayer"ə 5:1 hesabı ilə qalib gələrək nail olub. Beləliklə, "Bavariya" Bundesliqada ilk 8 matçında 29 qol vurub və öz rekordunu təkrarlayıb.
Münhen təmsilçisi 1976/77 mövsümündə çempionatın açılış oyunlarında rəqiblərinə eyni sayda qol vurmuşdu.
Xatırladaq ki, "Bavariya" 8 turdan sonra 19 xalla Almaniya çempionatının turnir cədvəlində liderdir.