PSJ Haalanda bu qədər maaş təklif edir

PSJ "Borussiya"nın (Dortmund) futbolçusu Erling Haalanda yeni müqavilə təklif etməyə hazırlaşır. 

Newsport.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb. Paris təmsilçisi artıq 21 yaşlı hücumçunun meneceri Mina Raiola ilə də danışıqlara başlayıb. Danışıqların müsbət məcrada gedəcəyi təqdirdə klub norveçli oyunçuya illik 42 milyon avro maaşla 2+1 illik sözləşmə təklif edəcək. 

Qeyd edək ki, Haalandın "Borussiya" ilə hazırkı sözləşməsi 2024-cü ilin yayına qədərdir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right