PSJ-də ciddi itki

PSJ-nin qapıçısı Keylor Navas Kosta-Rika millisinin heyətində zədələnib.

Newsport.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 34 yaşlı qolkiper DÇ-2022-nin seçmə mərhələsində ABŞ-a qarşı oyunda (1:2) sıradan çıxıb. O, bir hissə oynayıb və sonra əvəzlənib. Navasın bərpa müddəti tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Bildirilir ki, Keylor Fransa Liqasında "Anje" (15 oktyabr) və  Çempionlar Liqasının qrup mərhələsində "Leyptsiq"lə (19 oktyabr) görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, Navas 2019-cu ildən Paris təmsilçisində oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right