"Yayda PSJ-dən ayrılmaq istəyirdim" Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe ötən yay başqa kluba keçmək istəyib.

Newsport.az xəbər verir ki, bu barədə fransalı oyunçu "RMC Sport"a açıqlamasında deyib. 22 yaşlı hücumçu bildirib ki, ötən yay Paris təmsilçisinin rəhbərliyindən onu buraxmasını istəyib:

"Müqaviləni yeniləmək istəmədim. Klubdan transfer üçün pul qazanmasını və keyfiyyətli əvəzedici almasını istəyirdim. Hər şeyin hörmətlə başa çatmasını istəyirdim. Buna görə də kluba ayrılmağımı istəməyəcəkləri təqdirdə, qalmağa hazır olduğumu söylədim. Amma müqaviləmi yeniləmək üçün göndərilən 7 təklifi rədd etdiyim doğru deyil. PSJ mənə çox şey verdi. Son dörd ildə burada həmişə xoşbəxt olmuşam. İndi də xoşbəxtəm "

Xatırladaq ki, Mbappenin PSJ ilə hazırkı müqaviləsi 2022-ci ilin yayı başa çatır. Onunla "Real" maraqlanır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right