Messi bu oyunu da buraxacaq

PSJ-nin futbolçusu Lionel Messi daha bir oyun buraxacaq.

Newsport.az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçu zədə səbəbindən Fransa çempionatında sentyabrın 25-i keçiriləcək "Monpelye" ilə görüşdə də iştirak etməyəcək.

PSJ ümid edir ki, Messi sentyabrın 28-də Çempionlar Liqasının qrup mərhələsində "Mançester Siti" ilə matça kimi sağalacaq .

Lionel sabah başqa bir müayinədən keçəcək. İki oyunu buraxmağın Messinin zədəsinin sağalmasına imkan verəcəyi ehtimal olunur.

Qeyd edək ki, 34 yaşlı oyunçunun adı zədəyə görə bu gün keçiriləcək "Metz"lə görüş üçün heyətə daxil edilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right