İngiltərə millisinin veteranı ən güclü müdafiəçinin adını açıqladı

“Mançester Yunayted” və İngiltərə millisinin sabiq futbolçusu Rio Ferdinand çempionatın ən güclü müdafiəçisinin adını açıqlayıb.

Newsport.az xəbər verir ki, veteran futbolçuya görə liqanın ən güclüsü “Çelsi”nin müdafiəçisi Antonio Rüdigerdi: “Tuhelin gəlişindən sonra Rüdiger Premyer Liqanın ən yaxşı mərkəz müdafiəçisinə çevrilib. Ruben Diaş səviyyəcə ona yaxındı. Sadəcə Rüdigerin “Çelsi”nin oyununa təsiri daha çoxdu. Komandanı Frenk Lempard çalışdıranda açıq-aşkar görünürdü ki, Antonio oyun stilinə uyğun gəlmir.

O, Rüdigeri bəyənmirdi. Hətta söz-söhbət gəzirdi ki, onu satmaq istəyirlər. Almaniya millisində ona həmişə çox yaxşı yanaşıblar. Amma klubda baş məşqçi səni qiymətləndirmirsə, inamsızlıq yaranır və yüksək səviyyədə oynamağın problemə çevrilir”.

​Cari mövsüm Rüdiger Premyer Liqada 5 oyun keçirərək 1 qol vurub. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right