Namiq əsas heyətdə

Millimizin hücumçusu Namiq Ələsgərovun çıxış etdiyi "Bursaspor" bu gün Türkiyə 1-ci liqasında növbəti matçına çıxacaq.

Newsport.az-ın məlumatına görə, 6-cı turda komanda səfərdə "Tuzlaspor"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 14:30-da başlanacaq. Namiq bu matçda əsas heyətində yer alıb.

Qeyd edək ki, Bursa təmsilçisi 5 oyundan 4 xalla turnir cədvəlində 14-cü yeri tutur.

Digər azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası "Keciorengücü" isə 6-cı turda oyununu sabah keçirəcək. Onlar "Balıkesirspor"un qonağı olacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right