Naqatomonun yeni klubu bəlli oldu

“İnter”in sabiq futbolçusu Yuto Naqatomonun yeni klubu məlum olub. Newsport.az xəbər verir ki, 35 yaşlı müdafiəçi “Tokio” klubuna keçib. Bu barədə Yaponiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Naqatomo ilə 2 illik müqavilə imzalanıb.
 
Yapon müdafiəçi ötən mövsümü Fransanın “Marsel” klubunda keçirib.
 
Karyerası ərzində daha əvvəl İtaliyada “İnter”, “Çezena”, Türkiyədə “Qalatasaray” kimi klublarda da çıxış edən Naqatomo, Yaponiya yığmasında 127 oyuna çıxıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right