Zlatan İbrahimoviç: "Özümü dünyanın ən yaxşısı hesab edirəm"

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç özünü Lionel Messi və Kriştiano Ronaldo ilə müqayisə edib.

Newsport.az-ın məlumatına görə, təcrübəli forvard özünü dünyanın ən yaxşı oyunçusu hesab etdiyini bildirib: "Matç keyfiyyətlərindən danışırıqsa, mən Ronaldodan və Messidən pis deyiləm. Titullardan danışası olsaq, mən Çempionlar Liqasını qazanmamışam. Amma ən yaxşısını necə təyin etdiyinizi bilmirəm. Mən bu mövzuda sabit deyiləm. Komanda yaxşı oynayanda fərdi oyunçu önə çıxır. Komanda olmasa, bir oyunçu yaxşı ola bilməz. "Qızıl top"u itirdimmi? Xeyr, "qızıl top" məni itirdi".

Özümü dünyanın ən yaxşısı hesab edirəm. Amma futbolçuları bir-biriylə müqayisə etməyi düzgün hesab etmirəm. Hər kəs müxtəlif vaxtlarda fərqli futbolçularla oynadı. Müqayisə etmək çətindir. Düşünürəm ki, hər kəsin öz hekayəsi var və bununla barışmalıyıq".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right