Messi: “Uşaqlar hər dəqiqə mənə deyirlər ki…”

Argentina millisinin hücumçusu Lionel Messi açıqlama verib.

Newsport.az-ın məlumatına görə, ESPN telekanaılna danışan ulduz Amerika kubokunun qalibi olmasının əhəmiyyətindən danışıb:

“Daha əvvəl kuboku qazanmağa çalışırdıq, bunu hər şeydən çox istəyirdik. Dünya kubokunu və ya Amerika kubokunu qazanmaq çox çətindir.

Əvvəllər insanlar etdiyimiz hər şeyi qiymətləndirmirdilər, əsas məqsədə çatmadığımızı vurğulayırdılar.

Bütün gücünüzü verdiyiniz üçün məmnunluq hiss etmək vacibdir. Xoşbəxtlikdən, bizim üçün sonuncu final əvvəlkilərlə eyni deyildi.

Uşaqlar hər dəqiqə mənə deyirlər ki, “ata, sən çempionsan”. Mən izah edə bilmirəm. Bütün ailəmin Amerika kubokunda olmasını istərdim, amma heç bir oyuna, hətta finala da gələ bilmədilər.

Bu, ödəməli olduğumuz qiymətin bir hissəsidir. Ailələrimizlə yaxın ola bilmədikdə çempion olduq”.

Argentina yığması bu il keçirilən Amerika kubokunun finalında Braziliyanı məğlub edərək çempion olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right