"Fənərbaxça"dan ayrılan Gökhan Gönülün yeni klubu müəyyənləşib.
Newsport.az xəbər verir ki, 36 yaşlı müdafiəçi "Çaykur Rizespor"la 2 illik müqavilə imzalayıb. Bu barədə Türkiyə Superliqası təmsilçisinin saytı məlumat yayıb.
Qeyd edək ki, G.Gönül "Fənərbaxça"dan müqaviləsinin müddəti başa çatdığı üçün bu ay ayrılmışdı.