Sergey Rebrov Macarıstan klubundan ayrıldı

Macarıstanın "Ferentsvaroş" klubunun baş məşqçisi Sergey Rebrov vəzifəsindən ayrılıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ukraynalı mütəxəssis başa çatan müqaviləsini yeniləməyib. 47 yaşlı məşqçinin "Fənərbaxça"nı çalışdıracağı haqda xəbərlər yayılıb.

Qeyd edək ki, Rebrov 2018-ci ildən "Ferentsvaroş"u çalışdırırdı. Onun komandası arıdıcıl 3 ildir çempion olur. Rebrov bu mövsüm Macarıstanda ən yaxşı məşqçi adına layiq görülüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right