Çalhanoğlu daha bir İngiltərə klubunun hədəfində

"Milan"ın futbolçusu Hakan Çalhanoğlunu daha bir İngiltərə klubu heyətinə qatmaq istəyir.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçini "Liverpul" almaq niyyətindədir. "Mersisaydlılar" türkiyəli oyunçunu mövsümün sonunda İtaliya təmsilçisi ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi əldə etməyi planlaşdırır.

Daha əvvəl "Arsenal"ın da Çalhanoğlunu transfer etməyə çalışacağı bildirilib.

Qeyd edək ki, "Liverpul"da türkiyəli oyunçulardan Ozan Kabak da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right