"Yuventus"un sabiq çalışdırıcısı Maurisio Sarri "Roma"ya baş məşqçi təyin olunmağa yaxındır.
Newsport.az "Sport Mediaset"ə istinadən xəbər verir ki, tərəflər artıq müqavilə imzalamaq üçün razılıq əldə ediblər. Mütəxəssisin klubdakı maaşı isə illik 4 milyon avro olacaq. Daha əvvəl isə Sarrinin "Roma" ilə sözləşməsinin müddətinin 2 il olacağı bildirilmişdi. Komandanı hazırda çalışdıran Paulo Fonsekanın isə tezliklə istefaya göndəriləcəyi bildirilib.