"İnter" çempionluğunu rəsmiləşdirdi, "Yuventus"dan qələbə

İtaliya A Seriyasında XXXIV turun oyunlaır keçirilib.

İlk oyun günündə üç qarşılaşma oynanılıb. Açılış matçında "Verona" "Spetsiya" ilə heç-heçə edib.

Lider "İnter" səfərdə autsayder "Krotone"yə qalib gəlib. Bu qələbə "İnter"in çempionıuğu üçün kifayət edib. Çünki "nerazzuri"nin ən yaxın izləyicisi "Atalanta" "Sassuolo" səfərində xal itkisi ilə üzləşib - 1:1. Bundan sonra berqamoluların "İnter"ə çatmaq şansı qalmayıb. Krotone isə A Serityası ilə vidalaşan ilk komanda olub.

"Milan" öz meydanında "Benevento"ya şans verməyib. Son çempion "Yuventus" "Udineze" səfərində çətin qələbə qazanıb - 2:1.

"Roma" rəqib meydanında "Sampdoriya"ya uduzub.

Turun baölanış matçında "Torino" və "Parma" münasibətlərinə aydınlıq gətirəcək.

İtaliya A Seriyası
XXXIV tur

1 may

Verona - Spetsiya - 1:1
Qollar: 
Salsedo, 46 - Saponara, 86

Krotone - İnter - 0:2
Qollar: 
Eriksen, 69, Hakimi, 90+2

Milan - Benevento - 2:0
Qol: 
Çalhanoğlu, 6, T.Hernandes, 60

2 may

Latsio - Cenoa - 4:3
Qollar: 
Korrea, 30, 56, İmmobile, 43 (pen.), L.Alberto, 48 - Maruşiç, 47 (öz qapısına), Skamakka, 80, Şomurodov, 81

Bolonya - Fiorentina - 3:3
Qollar: 
Palasio, 31, 71, 84 - Vlahoviç, 21, 74, Bonaventura, 64

Napoli - Kalyari - 1:1
Qollar: 
Osimhen, 13 - Nandez, 90+4

Sassuolo - Atalanta - 1:1
Qollar: 
Berardi, 52 (pen.) - Qosens, 32

Udineze - Yuventus - 1:2
Qollar:
 Molina, 10 - Ronaldo, 83 (pen.), 89

Sampdoriya - Roma - 2:0
Qollar: 
A.Silva, 45, Yankto, 66

3 may

22:45. Torino - Parma





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right