PSJ-nin futbolçusu İdrissa Qeye ötən gecə Çempionlar Liqasının yarımfinalında "Mançester Siti"nin oyunçusu İlkay Gündoğana qarşı qayda pozuntusuna görə tənqid olunub.
Newsport.az goal.com-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi türkəsilli alman oyunçuya qarşı kobud oynadığı üçün 77-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb. Bununla da Qeye turnirin tarixində 1 mövsüm ərzində 2 dəfə qırmızı vərəqə alan 2-ci futbolçu olub. Daha əvvəl bunu "Real"ın sabiq futbolçusu Alvaro Arbelao edib.
Qeyd edək ki, sözügedən matç "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab görüşü mayın 5-i Bakı vaxtı ilə 23:00-da başlayacaq.