Çempionlar Liqasını yarımfinalında keçirilən PSJ - "Mançester Siti" ilk oyununda (1:2) mübahisə yaşanıb.
Newsport.az "Football İtalia"ya istinadən xəbər verir ki, bu, meydan sahiblərinin futbolçusu Marko Verattinin rəqib komandanın oyunçusundan topu təhlükəli formada almaq istəməsindən sonra baş verib. Belə ki, İngiltərə təmsilçisinin baş məşqçisi Pep Qvardiola hakimdən italiyalı oyunçunun etdiyi hərəkətə görə cəzalandırılmasını istəyib. Veratti isə bunu eşidib və ispan dilində Pepə deyib: "Nə istəyirsən? Kəs səsini!".
Bu cümlə "Sky Sport Italia" telekanalının şərhçiləri tərəfindən açıq şəkildə eşidilib.