Spalettinin yeni klubu

"İnter"in sabiq baş məşqçisi Luçano Spalettinin yeni iş yeri müəyənləşmək üzrədir.

Newsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis "Napoli" ilə anlaşıb. Artıq iki aydır klubla fəal danışıq aparın məşqçinin mövsümün sonunda komandaya rəhbərlik edəcəyi bildirilib.

"Napoli"nin hazırkı çalışdırıcısı Cennaro Qattuzo ilə mövsümün sonunda yollarını ayıracağı haqda daha əvvəl xəbərlər yayılıb.

Hazırda "Napoli" A seriyasında 60 xalla 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right