PSJ-nin prezidenti Nassir Əl-Xəlafi Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya qalib gəldikləri matç (3:2) haqqında danışıb.
Newsport.az “L'Equipe”yə istinadən xəbər verir ki, 47 yaşlı rəhbər qələbəni belə şərh edib:
“Bu, klubumuzun tarixi üçün vacib bir qalibiyyətdir. Zədəli futbolçularımızın olmasına baxmayaraq, səfərdə qələbə qazandıq. Komanda çox yaxşı oynadı. Amma bu, son deyil, yalnız ilk matçdır. Cavab görüşündə də qalib gəlmək istəyirik. Bu, bizim üçün vacibdir. Çempionlar Liqasında getdikcə daha çox təcrübəyə sahib oluruq. Futbolçularımız bu cür matçlarda oynamaqdan zövq alır. PSJ-nin əla komandaya sahib olduğunu göstərdik. Oyunçularla və digər işçilərlə qürur duyuram. Çünki əla bir qarşılaşma keçirdilər. Ancaq unutmayaq ki, qarşıda hələ bir cavab oyunu var”
Qeyd edək ki, komandalar arasında ikinci görüş aprelin 14-ü keçiriləcək.