UEFA AVRO-2020-də 5 əvəzetməyə icazə verdi

Bu il keçiriləcək futbol üzrə Avropa çempionatında 5 əvəzetməyə icazə veriləcək.

Newsport.az xəbər verir ki, bu barədə UEFA qərar çıxarıb.

Eyni zamanda, 2021-ci ildə Millətlər Liqasının pley-off mərhələlərində və final mərhələsində də eyni sayda əvəzetmə tətbiq olunacaq.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right