Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 3-cü tura yekun vurulacaq. Newsport.az xəbər verir ki, B, C, D, F, I və J qrupları üzrə daha 15 qarşılaşma baş tutacaq.
B qrupunda yer alan İspaniya yığması Kosovonu sınağa çəkəcəksə, Gürcüstan millisi səfərdə Yunanıstanla qarşılaşacaq.
İktisiz irəliləyən İtaliya yığması bu dəfə səfərdə Litva ilə münasibətlərinə aydınlıq gətirəcəksə, Şimali İrlandiya Bolqarıstanı qəbul edəcək.
D qrupunda Fransa yığması Bosniya və Herseqovinanın qonağı olacaqsa, Ukrayna Qazaxıstanla münasibətlərinə aydınlıq gətirəcək.
F qrupunda Avstriya Danimarkanı, Moldova İsraili, Şotlandiya Farer adalarını qəbul edəcək.
İlk iki oyunundan qalib ayrılan İngiltərə yığmasını bu dəfə Polşa ilə ev matçı gözləyir. Qrupun digər oyunlarına gəlincə, Andorra Macarıstanla, San Marino Albaniya ilə qarşılaşacaq.
J qrupunda Almaniya yığması Şimali Makedoniyanı sınağa çəkəcə. Ermənistan bu tur Rumıniyanı, Lixtenşteyn İslandiyanı qəbul edəcək.
DÇ-2022-nin seçmə mərhələsi
31 mart
B qrupu
22:45. İspaniya - Kosovo
22:45. Yunanıstan - Gürcüstan
İsveç – 6, İspaniya – 4, Yunanıstan – 1, Kosovo – 0, Gürcüstan – 0
C qrupu
22:45. Litva - İtaliya
22:45. Şimali İrlandiya - Bolqarıstan
İsveçrə – 6, İtaliya – 6, Litva – 0, Bolqarıstan – 0, Şimali İrlandiya – 0
D qrupu
22:45. Bosniya və Herseqovina - Fransa
22:45. Ukrayna - Qazaxıstan
Fransa – 4, Finlandiya – 2, Ukrayna – 2, Bosniya və Herseqovina – 1, Qazaxıstan – 0
F qrupu
22:45. Avstriya - Danimarka
22:45. Moldova - İsrail
22:45. Şotlandiya – Farer adaları
Danimarka – 6, Avstriya – 4, Şotlandiya – 2, Farer adaları – 1, Moldova – 1, İsrail – 1.
İ qrupu
22:45. Andorra - Macarıstan
22:45. İngiltərə - Polşa
22:45. San Marino - Albaniya
İngiltərə – 6, Polşa – 4, Macarıstan – 4, Albaniya – 3, Andorra – 0, San Marino – 0
J qrupu
20:00. Ermənistan – Rumıniya
22:45. Almaniya – Şimali Makedoniya
22:45. Lixtenşteyn - İslandiya
Almaniya – 6, Ermənistan – 6, Şimali Makedoniya – 3, Rumıniya – 3, Lixtenşteyn – 0, İslandiya – 0.