Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 3-cü tura start verilir.
Newsport.az xəbər verir ki, ilk oyun günündə 10 qarşılaşma baş tutacaq.
Azərbaycan milli komandasının Serbiyanı qəbul edəcəyi gündə A qrupunun favoriti Portuqaliya da səfərdə Lüksemburqla münasibətlərinə aydınlıq gətirəcək.
E qrupunda lider Çexiya səfərdə Uelslə qarşılaşacaq. Qrupun digər favoriti Belçika yığması isə Belarusu sınağa çəkəcək.
G qrupunda yer alan və ilk iki turda maksimum nəticə göstərən Türkiyə millisi bu dəfə Latviya ilə qarşılaşacaq. Niderland yığması Cəbəllütariqin, Norveç seçməsi isə Monteneqronun qonağı olacaq.
İktisiz irəliləyən Rusiya yğması bu dəfə Slovakiyanı sınağa çəkəcək. Xorvatiyanın Maltanı qəbul edəcəyi gündə H qrupunun daha bir matçı Kipr və Sloveniya yığmaları arasında baş tutacaq.
DÇ-2022-nin seçmə mərhələsi
30 mart
A qrupu
20:00. Azərbaycan – Serbiya
22:45. Lüksemburq - Portuqaliya
Serbiya – 4, Portuqaliya – 4, Lüksemburq – 3, Azərbaycan – 0, İrlandiya – 0.
E qrupu
22:45. Belçika - Belarus
22:45. Uels - Çexiya
Çexiya – 4, Belçika – 4, Belarus – 3, Uels – 0, Estoniya – 0.
G qrupu
22:45. Cəbəllütariq - Niderland
22:45. Monteneqro - Norveç
22:45. Türkiyə - Latviya
Türkiyə – 6, Monteneqro – 6, Niderland – 3, Norveç – 3, Latviya – 0, Cəbəllütariq – 0.
H qrupu
20:00. Kipr – Sloveniya
22:45. Slovakiya - Rusiya
22:45. Xorvatiya - Malta
Rusiya – 6, Sloveniya – 3, Xorvatiya – 3, Slovakiya – 2, Kipr – 1, Malta – 1.