Türkiyə millisində 3 yeni futbolçu

DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda sabah Latviyanı qəbul edəcək Türkiyə millisinin heyətində dəyişiklik olub.

Newsport.az-ın məlumatına görə,  Dorukhan Toköz, Cenk Tosun, Kaan Ayhan və Emre Kılınç heyətdən çıxarılıb.

Əvəzində yığmaya "Göztepe"dən Alpaslan Öztürk, "Altınordu"dan Enis Destan və "Antalyaspor"dan Bünyamin Balcı dəvət edilib. Məlumatı yığmanın baş məşqçisi Şenol Günəş oyun öncəsi keçirilən mətbuat konfransında təsdiqləyib.

Qeyd edək ki, Türkiyə - Latviya matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right