"Arzum Türkiyənin ən yaxşı məşqçilərindən olmaqdır"

"Fənərbaxça" buraya ürək qoyan hər kəsin klubudur".
 
Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Fənərbaxça"nın yeni baş məşqçisi Emre Belözoğlu deyib. 40 yaşlı mütəxəssis fikrini belə tamamlayıb:

 
"Hər bir məşqçinin özünə xas xüsusiyyətləri var. Mən də özümün sınadığım, futbolçu olarkən belə inkişaf etdirmək istədiyim şeyləri oyunçulara ötürməyə çalışacağam. Mənim xəyalım bu ölkənin yetişdirdiyi ən yaxşı məşçqilərdən olmaqdır".

Qeyd edək ki, Emre Belözoğlu 2020-ci ildən İstanbul təmsilçisində idman direktoru kimi işləyib. O, martın 25-də Erol Bulutun istefaya göndərilməsindən sonra mövsümün sonunadək komandaya baş məşqçi təyin olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right