Türkiyə Futbol Federasiyasından azarkeşləri sevindirən qərar

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Türkiyə - Latviya matçında məhdud sayda azarkeşlər stadiona buraxılacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyası açıqlama yayıb. Görüşün keçiriləcəyi Atatürk Olimpiya Stadionunun tutumunun 15 faizi qədər azarkeşin oyunu canlı izləməsinə icazə veriləcək. Bu isə 76 min 761 nəfərlik arenaya təqribən 12 minə yaxın azarkeşin buraxılacağı deməkdir. Azarkeşlər üçün bütün sağlamlıq tədbirləri və HES kodu məcburi olacaq.

Qeyd edək ki, martın 30-da keçiriləcək Türkiyə - Latviya matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right