"Fənərbaxça"nın yeni baş məşqçi axtarışları davam edir.
Newsport.az "Ajansspor"a istinadən xəbər verir ki, 2 gün əvvəl Erol Bulutu istefaya göndərən İstanbul təmsilçisi bu dəfə Maurisio Sarrini hədəf alıb. Məlumata görə, klub prezidenti Ali Koç yaxın günlərdə italiyalı mütəxəssislə görüşüb. O, Sarriyə rəsmi təklif irəli sürüb. Bildirilir ki, tərəflər gələn həftə növbəti dəfə görüşəcəklər. Həmin danışıqlardan sonra 61 yaşlı çalışdırıcının Türkiyə klubuna gəlib-gəlməyəcəyi dəqiqləşəcək.
Qeyd edək ki, hazırda "Fənərbaxça"da müvəqqəti olaraq, baş məşqçi vəzifəsini Emre Belözoğlu yerinə yetirir.