Löv yenidən "Fənərbaxça"da?

Almaniya millisinin baş məşqçisi Yoahim Löv karyerasını Türkiyədə davam etdirə bilər.

Newsport.az "Bild"ə istinadən xəbər verir ki, "Fənərbaxça" 61 yaşlı mütəxəssislə maraqlanır. Bildirilib ki, İstanbul təmsilçisi Lövün dostları ilə əlaqə saxlayır.

Qeyd edək ki, alman çalışdırıcı 1998/1999 mövsümündə "Fənətbaxça"nın baş məşqçisi olub. Löv Avro-2020-dən sonra Almaniya millisindən ayrılacağı açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right