"Fənərbaxça"da baş məşqçi vəzifəsinə argentinalı namizəd

"Fənərbaxça"nın istefaya göndərəcəyi gözlənilən baş məşqçisi Erol Bulutun yerinə daha bir namizəd müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu barədə TNT Sports kanalında argentinalı jurnalist Martin Kastilla danışıb. O, İstanbul təmsilçisinin bu vəzifəyə həmyerlisi Marselo Qallardonu gətirməyi planlaşdırdığını deyib. Klub rəhbərliyinin 45 yaşlı mütəxəssisə yüksək məbləğdə maaş təklif edəcəyi bildirilib.

Qeyd edək ki, Qallardonun son iş yeri "River Pleyt" olub. O, 2014-cü ildən çalışdırdığı komandadan bu il ayrılıb.

Əlavə edək ki, "Fənərbaxça" hazırda Superliqanın turnir cədvəlində 59 xalla 3-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right