"Beşiktaş"ın da heyətinə qatmaq istədiyi, hazırda "Atletiko Mineyro"da oynayan Halkla əlaqədar qəribə məqam ortaya çıxıb.
Newsport.az xəbər verir ki, 34 yaşlı hücumçu 1 matçda düz 5 kiloqram çəki itirir. Bu barədə onun fizioterapisti Galo TV-yə açıqlamasında danışıb. Həkim deyib:
"Halk aşırı çox tərləyir. Bir oyunda 5 kilo çəki sala bilir. Amma həmin çəkini səhəri günə qədər yenidın bərpa etməyi də bacarır. Tərləmək futbolçuların bədın istiliyini tarazlayır. Amma gərək, bunu yaxşı tənzimləyəsiniz".