"Donuz" UEFA

Polşanın "Legiya" klubu UEFA-ya etirazını bildirib.
 
Newsport.az saytının məlumatına görə, Varşava təmsilçisinin azarkeşləri UEFA Avropa Liqasınında 2:0 hesabı ilə qalib gəldikləri "Aktobe" oyunundan öncə Avropanın Ali futbol qurumunu donuza oxşadan pankart açıb.  
 
Pankartın mərkəzində donuz simvolu, 6<1, "Çünki futbol vacib deyil, pul vacibdir" sözləri yazılıb.
 
Qeyd edək ki, azarkeşlərin bu etirazına səbəb, ÇL-in 3-cu təsnifat mərhələsində cəzalı futbolçu oynatdığı üçün "Legiya"nın ümumilikdə 6:1 hesabı ilə məğlub etdikləri "Seltik" oyunundan sonra mübarizədən komandanın turnirdən kənarlaşdırılması olub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right