Futbol üzrə Türkiyə 1-ci liqasında 26-cı turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Akhisarspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.
26 oyundan sonra hesabında 29 xalı olan “Boluspor” 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.