Türkiyə klubunda yeni baş məşqçi

Türkiyənin “Gənclərbirliyi” klubunun baş məşqçisi müəyyənləşib.
 
Newsport.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Özcan Bizati çalışdıracaq.
 
Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
52 yaşlı məşqçi ilə müqavilənin müddəti mövsümün sonuna qədərdir. Bizati iki gün əvvəl istefaya göndərilmiş Mehmet Altıparmakı əvəz edib.
 
Qeyd edək ki, “Gənclərbirliyi” bu mövsüm Super Liqada 27 oyuna topladığı 21 xalla sonuncu pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right