Merih Demirala sərt tənqid

"Yuventus"un futbolçusu Merih Demiral sərt şəkildə tənqid edilib.

Newsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, buna 22 yaşlı müdafiəçinin ötən gecə Çempionlar Liqasının 1/8 finalının cavab oyununda- "Portu" ilə matçda (3:2) qaydanı pozaraq, rəqibə penalti qazandırması səbəb olub. Portuqaliya təmsilçisi isə əlinə düşən fürsətdən yararlanıb. Yekunda Turin klubu qalib gəlsə də, səfər qolu qaydasına görə mərhələ adlaya bilməyib. İtaliyanın məşhur idman nəşrləri "La Gazetta dello Sport", "Corriere della Sport", "Tuttosport" türkiyəli oyunçunun ünvanına "bağışlanmaz səhv", "lazımsız müdaxilə", "absurd hərəkət", "axmaq və tələskən bir hərəkət", "Demirəlin faydasız oyunlarından sadəcə biri" və s. kimi tənqidlər yazıblar.

Qeyd edək ki, komandalar arasında ilk görüşdə "Portu" 2:1 hesablı qələbə qazanıb. Klub iki oyunun nəticəsində  1/4 finala yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right