Almaniya II Bundesliqasında XXIII turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" səfərdə "Holştayn"a uduzub - 0:1.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.
23 turdan sonra 32 xala malik "Ersgebirge" 18 komanda arasında 9-cudu.