Almaniya Bundesliqasında 22-ci tura start verilib.
Newsport.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçirilib. "Volfsburq" səfərdə "Arminiya" ilə qarşılaşıb. Matç qonaq komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Arminiya" - "Volfsburq" - 0:3
Qollar: Şteffen, 29, 47, Arnold, 54
Bu qələbə ilə xalını 42-yə yüksəldən "Volfsburq" turnir cədvəlində 3-cü pilləyə yüksəlib. Turnir cədvəlinə 49 xalla "Bavariya" başçılıq edir. "Leyptsiq" 44 xalla 2-cidir.