Patonun yeni klubu müəyyənləşdi

Braziliya millisinin keçmiş üzvü Aleşandre Pato karyerasını ABŞ-da davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı hücumçu “Orlando Siti”yə keçib. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Pato son olaraq “San Paulo”da oynayıb. O, 2020-ci ilin avqustundan azad agent statusu daşıyırdı. Braziliyalı futbolçu “Milan” (İtaliya), “Korintians” (Braziliya), “Çelsi” (İngiltərə), “Vilyarreal” (İspaniya), “Tyantzin Tyantsyan” (Çin) kimi klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right