“Mən və ailəm internet üzərindən təhdid olunuruq”.
Newsport.az-ın xəbərinə görə, bu sözləri “Arsenal”ın baş məşqçisi Mikel Arteta bu gün keçirdiyi mətbuat konfransında deyib. Bu durumdan narahatlığını dilə gətirən gənc mütəxəssis artıq klubunun da məsələdən məlumatlı olduğunu bildirib: “Bununla bağlı bir şeylər etməyə çalışırıq. Özümlə bağlı yox, amma bir ucu ailəmə toxunan sözlər mənə təsir edir”.
Qeyd edək ki, Britaniya mediası bu təhdidlərin bəzi azarkeşlər tərəfindən İnstaqram üzərindən məşqçiləri göndərildiyini yazıb. Bu günlərdə “Nyukasl”ın baş məşqçisi Stiv Bryus da bənzər xəbərdarlıqlar aldığını açıqlayıb.