2020-ci ilin oktyabrında “İnter”dən ayrılan Kvadvo Asamoanın yeni klubu müəyyənləşib.
Newsport.az xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını İtaliyanın digər klubu "Kalyari"də davam etdirəcək. A Seriya təmsilçisi qanalı cinah oyunçusu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qana millisinin üzvü "Udineze", "Yuventus", "İnter" kimi klublarda çıxış edib.