Buffon 1100-cü oyununa çıxdı

"Yuventus"un qapıçısı Canluici Buffon karyerasında 1100-cü matçına çıxıb.

Newsport.az xəbər verir ki, yubiley matçı "İnter"lə ölkə kubokunun ilk yarımfinal oyununa təsadüf edib. 43 yaşlı qolkiper matça start heyətdə başlayıb.

Qeyd edək ki, Buffon futbola "Parma"da başlayıb. 2001-ci ildə "Yuventus"a transfer olunan italiyalı qolkiper 2018/2019 mövsümünü PSJ-də keçirib və yenidən Turin klubuna qayıdıb.

Buffonun 1100 oyunundan 679-u "Yuventus", 220-si "Parma", 176-sı milli komanda, 25-i PSJ-də olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right