İngiltərənin “Tottenhem” klubunda Dele Alli ilə bağlı problem getdikcə böyüyür.
Newsport.az saytının məlumatına görə, ulduz futbolçu artıq məşqlərə qatılmır.
Buna səbəb 25 yaşlı orta sahə oyunçusunun PSJ-yə keçmək istəməsidir. Fransa klubundan təklif gəlməsinə baxmayaraq, londonlular qəbul etmək fikrində deyil. Alli isə rəhbərliyin, klub sahibi Daniel Levinin bu qərarını dəyişməsi üçün məşqləri boykot edib.
Bu üzdən İngiltərə kubokunun 1/16 final mərhələsində “Uikomb”la (4:1) görüşü buraxan Alli Premyer Liqanın XX turunda “Liverpul”la qarşılaşmanın iştirak ərizəsinə də salınmayıb. “Tottenhem” oyunçusunu mövsümün sonuna qədər PSJ-yə icarəyə verə bilər.
Qeyd edək ki, “Tottenhem” – “Liverpul” matçı yanvarın 28-də keçiriləcək.