“Qalatasaray” səfərdə, “Beşiktaş” evdə qələbə qazandı

Futbol üzrə Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilir.
 
Newsport.az xəbər verir ki, bazar günü daha beş görüş baş tutub. 
 
“Konyaspor” – “Antalyaspor” matçında qapılara qol vurulmayıb. “Qaziantep” - “Hatayspor” görüşü də bərabərliklə bitib. “Dənizlispor” evdə “Fatih Karagümrük”ə məğlub olub.
 
Səfərdə “Yeni Malatyaspor”la qarşılaşan “Qalatasaray”a qələbə üçün bir qol bəs edib. Lider “Beşiktaş” isə “Göztəpə” ilə ev oyunundan qalib ayrılıb.
 
Türkiyə Super Liqası
21-ci tur
23 yanvar
 
Gənclərbirliyi – Trabzonspor 1:2
Qol: Piris, 86-pen – Djanini, 36. Ekuban, 54.
 
Başakşəhər – Rizəspor 1:1
Qol: Topal, 64 – Samu, 49-pen.
 
24 yanvar
 
Konyaspor – Antalyaspor 0:0
 
Dənizlispor – Fatih Karagümrük 1:2
Qol: Diskerud, 88 – Borini, 44. Ndao, 78.
 
Yeni Malatyaspor – Qalatasaray 0:1
Qol: Babel, 88.
 
Beşiktaş – Göztəpə 2:1
Qol: Lyayiç, 49. Abubakar, 77 – Tripiç, 39.
 
Qaziantep – Hatayspor 1:1
Qol: Cefferson, 30 - J.Morais, 90+8.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right