"Fənərbaxça" heyətinə yeni oyunçu cəlb edib.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi İngiltərənin KPR klubunun sağ cinah vingeri Brayt Osayi-Samueli tranfer edib. Nigeriya əsilli ingilis futbolçu ilə 4,5 illik anlaşma ədə edilib.
Klub saytının məlumatına görə, 23 yaşlı oyunçu tezliklə İstanbula gəlib, tibbi müayinədən keçəcək.
"Bləkpul"un yetirməsi 2017-ci ildən KPR klubunda çıxış edirdi.