La Liqadan Super Liqa klubuna

Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisi İspaniyanın “Eybar” klubunun polşalı sağ cinah müdafiəçisi Damian Kadzioru heyətinə qatıb.
 
Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. Alanya təmsilçisi 28 yaşlı oyunçunu mövsümün sonuna kimi icarəyə götürüb. O, yeni komandasında “92” nömrəli formanı geyinəcək.
 
2018-2020-ci illər aralığında Zaqreb “Dinamo”sunda oynamış Kadzior, ötən ildən “Eybar”ın formasını geyinir. O, həm də Polşa yığmasının üzvü hesab olunur.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right