Mandzukiç rəsmən “Milan”da!

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Newsport.az xəbər verir ki, “qırmızı-qaralar” xorvat hücumçu Mario Mandzukiçi transfer edib.
 
Bu barədə A Seriyası nəhənginin rəsmi saytı məlumat yayıb. Azad agent statusu daşıyan 35 yaşlı forvardla 6 ay+1 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Mario Mancukiç daha əvvəl İtaliyada "Yuventus"un şərəfini qoruyub. O, həmçinin Almaniyada "Volfsburq" və "Bavariya", İspaniyada "Atletiko"nun uğurları üçün çalışıb. Hücumçu son olaraq Qətərin "Əl-Duhail" komandasında çıxış edib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right