“Mançester Siti”nin futbolçusu “Şalke”ni “Stok Siti”yə dəyişdi

İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Rabbi Matondo icarə əsasında çıxış etdiyi Almaniya “Şalke”sindən ayrılıb.
 
Newsport.az xəbər verir ki, 20 yaşlı vinger bundan sonra “Stok Siti”nin uğurları üçün çalışacaq.
 
Uelsli futbolçu “Stok Siti”yə də mövsümün sonuna kimi icarəyə verilib.
 
Matondo “Mançester Siti”nin yetirməsidir. O, bu mövsüm “Şalke”nin heyətində Bundesliqa çərçivəsində cəmi 3 matçda forma geyinib.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right