Xorvatiyalı məşqçi Slaven Biliçin yeni iş yeri müəyyənləşib.
Newsport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis karyerasını Çində davam etdirəcək. O, "Beytszin Qoan"la iki illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, son olaraq İngiltərənin "Vest Bromviç" klubunu çalışdıran Biliç dekabrın 26-da uğursuz nəticələrə görə istefaya göndərilib. Xorvatiya millisinin sabiq çalışdırıcısı İngiltərədə "Vest Hem", Rusiyada "Lokomotiv" (Moskva), Türkiyədə "Beşiktaş" klublarının baş məşqçisi olub.