İnzaqinin köməkçisi koronavirusa yoluxdu

İtaliya A Seriyasında çıxış edən iki klubda koronavirusa yeni yoluxmalar aşkarlanıb.

Newsport.az-ın məlumatına görə, “Spetsiya”nın iki futbolçusu - Matteo Riççi və Cennaro Akamporadan götürülmüş COVİD-19 testləri pozitiv çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçuların bir müddət karantində qalacaqları bildirilib.
 
“Benevento”da üç nəfərin koronavirusa yoluxduğu məlum olub. Klub açıqlamasında iki tibb işçisi, eləcə də baş məşqçi Filippo İnzaqinin bir köməkçisinin COVİD-19 testinin pozitiv çıxdığını bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right