"Barselona"ya qayıtmağa razı olardım"

"Barselona"nın sabiq baş məşqçisi Kike Setyen klubda çalışması ilə bağlı xatirələrini bölüşüb.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, o, Kataloniya təmsilçisində keçirdiyi vaxtdan peşman olmadığını deyib:

“Artıq "Barselona"da baş verənlər səbəbindən hiss etdiyim kədərin öhdəsindən gəldim. Ancaq bu, sadəcə işin bir hissəsi kimi qəbul edilməlidir. Bu, inanılmaz bir təcrübə idi. Həqiqətən istədiklərimizi ala bilmədik. Biz gələndə hər şey çox çətin idi. Əlbəttə ki, "Barselona"ya qayıtmağa razı olardım. Və oraya getdiyim üçün heç vaxt peşman olmayacağam".

Qeyd edək ki, Setyen 2020-ci ilin yanvar-avqust ayları arasında Kataloniya klubunu çalışdırıb. Komandanın  Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya biabırçı məğlubiyyətindən (2:8) sonra vəzifəsindən kənarlaşdırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right