"Şalke"nin yeni baş məşqçisi açıqlanıb.
Newsport.az-ın məlumatına görə, komanda Kristian Qrossa tapşırılıb.
Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb. 66 yaşlı mütəxəssis bundan əvvəl "Ştutqart" və "Tottenhem" kimi klubları çalışdırıb.
Qross bu ilin sentyabr ayından indiyədək "Şalke"yə təyin edilən 4-cü baş məşqçidir.
Hazırda 4 xalla autsayder olan Gelzenkirxen təmsilçisini artıq 29 oyundur ki, Bundesliqada qalib gələ bilmir. Komanda sonuncu dəfə yanvarın 17-də Münhenqladbax “Borussiya”sını udub – 2:0.