“Napoli”yə verilən texniki məğlubiyyət ləğv olundu

İtaliya Futbol Federasiyası tərəfindən bir müddət əvvəl “Napoli”yə verilmiş texniki məğlubiyyət ləğv edilib.
 
Newsport.az xəbər verir ki, İtaliya Olimpiya Komitəsi Neapol klubunun bununla bağlı apelyasiya şikayətini təmin edib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
 
Koronavirusa kütləvi yoluxma səbəbindən 3-cü turda "Yuventus"la oyun üçün səfərə gedə bilməyən Neapol təmsilçisinə texniki məğlubiyyət verilmişdi. Lakin İtaliya İdman Arbitraj Məhkəməsi federasiyanın 0:3 hesablı texniki məğlubiyyət qərarını ləğv edib.
 
Bu isə o deməkdir ki, “Yuventus” - “Napoli” oyunu yenidən təşkil olunacaq. Qarşılaşmanın yeni tarixi barədə yaxın müddətdə məlumat veriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right